Şahmat üzrə Dünya kuboku Hindistanda keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə qərar FİDE Şurasının Batumidə keçirilən iclasda verilib.

 

Oktyabrın 31-dən noyabrın 27-dək baş tutacaq yarışın hansı şəhərdə olacağı hələlik məlum deyil.

 

Yüksək reytinqli şahmatçıların çıxış edəcəyi Dünya kubokunda ilk "üçlük" İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

 

Qeyd edək ki, üç Azərbaycan şahmatçısı - Rauf Məmmədov, Riad Səmədov və Əhməd Əhmədzadə Dünya kubokunda mübarizə aparacaq. Nicat Abasov isə turnirdə son dünya çempionatının yarımfinalçısı kimi çıxış edəcək.