Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək FK "Sutyeska" (Monteneqro) – "Beytar" (İsrail) görüşünün hakim-inspektoru olacaq.

 

Qarşılaşma Nikşiç şəhərinin eyniadlı stadionunda baş tutacaq.