Qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın mətbuat üçün açıq məşqi baş tutub. Sport24.az xəbər verir ki, media nümayəndələri mövsümün ikinci yarısına hazırlığın ilk mərhələsini "Azərsun Arena"da keçirən komandanın məşqinin ilk 15 dəqiqəsini izləyiblər.

 

Qeyd edək ki, Ağdam klubu məşqlərini yanvarın 10-dək Bakıda davam etdirəcək.

 

Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10–17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində keçiriləcək.