Azərbaycan I Liqasında mübarizə aparan "Zaqatala" yeni qapıçı ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi "Qarabağ"ın qapıçısı Amin Ramazanovla anlaşıb.

 

Ağdam klubunun qolkiperi icarə əsasında I Liqa təmsilçisinin heyətində oynayacaq.

 

O, bu kluba 6 aylıq icarəyə verilib.