Azərbaycan mətbuatında "Qarabağ"ın Kiprin APOEL klubunun futbolçusu Markinyosu heyətinə qatmaq istədiyi və danışıqların müsbət nəticələnmədiyi yazılıb.
Ağdam təmsilçisindən Sport24.az-a belə məsələnin gündəmdə olmadığı bildirilib:

"Hazırda Markinyosun transferini nəzərdən keçirmirik. Ümumiyyətlə o, klubumuzun maraqlandığı oyunçular siyahısında yoxdur".

Qeyd edək ki, APOEL-in Markinyosla müqavilə müddəti 2028-ci il mayın 31-nə qədərdir.