"Qarabağ"ın heyətinə qatmaq istədiyi hücumçunun adına aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan çempionu Niderlandın "Fortuna Sittard" klubunda çıxış edən Alen Haliloviçlə maraqlanır.

Ağdam təmsilçisi 29 yaşlı forvardla danışıqlar aparır. Hücumçu Türkiyənin "Trabzonspor" klubunun da diqqət mərkəzindədir. 

Qeyd edək ki, Xovatiyanın "Dinamo" klubunun yetirməsi olan Haliloviç 2014/2015 mövsümündə "Barselona"nın əvəzedici komandasında 30 matçda 4 qola imza atıb. O, 2015/2016 mövsümündə Kataloniya təmsilçisinin əsas komandasında yer alsa da, debüt edə bilməyib və "Sportinq"ə icarəyə verilib. Forvard Xorvatiya yığmasında 10 matçda meydanda olub.