"Qarabağ" - "Qalatasaray" xeyriyyə matçı üçün bilet satışı davam edir. Ağdam klubundan Sport24.az-a verilən məlumata görə, artıq görüşə 58 min bilet satılıb.

Martın 16-dan başlayan satışa 62 min bilet çıxarılıb. Göründüyü kimi, oyuna cəmi 4 min bilet qalıb.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.