“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəyi oyuna bilet satışı davam edir. 

Sport24.az xəbər verir ki, indiyədək qarşılaşmaya 13 mindən çox bilet satılıb. Hazırda satışda cəmi 2 min bilet qalıb. 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə var.

Oktyabrın 21-də keçiriləcək "Qarabağ" - "Kayrat" matçına saat 20:45-də start veriləcək.