Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ" və İsveçrə "Bazel"i arasında oyunun təyinatları bəlli olub. Sport24.az xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmanı Belçikadan olan hakimlər briqadasına tapışırıb.

FIFA referisi Erik Lambrexts, Rin Fanizere və Yo de Veyrdt yan xətt hakimi qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.