"Araz-Naxçıvan" Misli Premyer Liqasının XV turunda öz meydanında "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, naxçıvanlıların yeganə qolunun müəllifi Felipe Santos instaqram hesabında paylaşım edib.
Premyer Liqanın ən sərrast futbolçusu vacib qələbə qazandıqlarını vurğulayıb: "Komandama kömək etdiyim üçün xoşbəxtəm. Vacib qələbə qazandıq. Hər kəs bir məqsəd üçün çalışır".
Qeyd edək ki, 15 turdan sonra braziliyalı forvardın aktivində 8 qol var. "Sabah"ın hücumçusu Coy-Lens Mikels isə 7 dəfə fərqlənib.