"Türk Hava Yolları"nın dəstəyi ilə keçirilən,​ Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİSİ yarışmasında XVII tur arxada qaldı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət mübarizədə vahid lider bu turda zəif nəticə göstərib (https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-xvii-tura-proqnozlar).

Belə ki, 1-ci pillədə olan Futbolxeber.az-ın baş redaktoru İbrahim Cəfərov bu dəfə cəmi 1 nəticəni düz tapıb. Onun izləyiciləri olan kvartet isə hərəyə 2 xal topladığından, liderlə xal fərqi 4-ə enib. Bu turda ən yaxşı göstəriciyə isə 3 doğru cavabı olan "Azerisport"lu Mirbağır Cəfərli imza atıb. 

17 turdan sonra turnir cədvəli:

1. İbrahim Cəfərov (37), 2-5. Ceyhun Əliyev, Mehman Süleymanov, Şəmsəddin Abbasov, Ruslan Sadıqov (hamısı - 33), 6. Kənan Həsənov (32), 7. Mirbağır Cəfərli (31), 8. Faiq Tahirov (30), 9. Elmir Əliyev (29), 10. Şahin Cəfərov (28). 11. Elşən Məmmədov (26). 

Qeyd edək ki, turnirin qalibi "Türk Hava Yolları"ndan Bakı-İstanbul-Bakı reysinə​ pulsuz bilet qazanacaq.