Peşəkar Futbol Liqası Misli Premyer Liqasında sentyabr ayında vurulan ən yaxşı 5 qolun videosunu hazırlayıb. Sport24.az xəbər verir ki, bu qolların müəllifləri Məqsəd İsayev ("Zirə", "Sumqayıt"ın qapısına), Valdemar Almeyda ("Səbail","Kəpəz"in qapısına), Belajdi Pusi ("Turan Tovuz", "Qəbələ"nin qapısına), Hamidu Keyta ("Qarabağ", "Sabah"ın qapısına) və Yusif Nəbiyevdir ("Səbail", "Sabah"ın qapısına). 

Maraqlıdı ki, ilk 4 qol eyni tura - VI tura təsadüf edib. Yalnzı Yusifin qolu fərqli - VIII turdandı.

Ayın ən yaxşı qolu isə azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək. Səsvermə 5 oktyabr saat 18:00-dək davam edəcək.