Misli Premyer Liqasında cari mövsüm indiyədək hansı komandanın daha çox futbolçusunun qol vurduğu müəyyənləşib. Sport24.az-ın araşdırmasına görə, birinci pillədə "Qarabağ" qərarlaşıb.
Ağdam təmsilçisi 21 üzvü rəqib qapılarına yol tapıb.
İkinci sırada "Turan Tovuz" (14) yer alıb. "Kəpəz" və "Neftçi" 3-4-cü sıraları (hər ikisi 13) bölüşdürürlər.
Növbəti mövqelərdə "Sumqayıt", "Zirə" (hər ikisi 12), "Şamaxı", "Araz-Naxçıvan", "Səbail" və "Sabah" (hamısı 10) qərarlaşıb.
Qeyd edək ki, klubların yollarını ayırdığı futbolçular da siyahıda yer alıb, avtoqollara baxılmayıb.