Bu gün I Liqa uğrunda pley-off matçı keçiriləcək. Sport24.az xəbər verir ki, birinci liqanın 9-cusu olan "Şimal", ikinci liqada mövsümü ikinci pillədə başa vuran "Qaradağ Lökbatan"la qarşılaşır.

 

Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 16:00-da səslənəcək.

 

Qeyd edək ki, oyun "CBC Sport" telekanalı vasitəsilə də canlı yayımlanacaq.

 

I Liqa uğrunda pley-off matçı

27 may

16:00. "Şimal" – "Qaradağ Lökbatan" 2:1

Qollar: Rövşən Şahmuradov, 75. ; Rüstəm Hümbətov, 85, Rəvan Abbasov, 90+3.

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Şamaxı. Şəhər stadionu.