Azərbaycan Premyer Liqasında, 1-ci Liqada, həmçinin, 2-ci Liqada "Ayın qolu" layihəsində aprel ayının qalibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

 

Azərbaycan Premyer Liqasında David Qomisin, 1-ci Liqada İbrahim Əliyevin, 2-ci Liqada isə Elgün Abbaslının qolları ən yaxşı seçilib.

 

2-ci Liqada keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərar PFL tərəfindən verilib. Daxili səsvermənin nəticələrinə görə "Füzuli"dən Elgün Abbaslının qolu "Ayın qolu" seçilib.