Ayın qolu" layihəsində fevral ayının qalibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

 

Misli Premyer Liqasında "Qarabağ"ın futbolçusu Patrik Andrade mükafatı qazanıb. I Liqada MOİK-in oyunçusu Ramil Orucov, II Liqada "Qusar"ın futbolçusu Eşqin Tağıyev qalib olub.

 

Qeyd edək ki, II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Müsabiqənin şərtlərinə əsasən yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə Tağıyevin vurduğu top "Ayın qolu" seçilib.