"Nyukasl" yarımmüdafiə xəttini gücləndirmək üçün Pyer-Emil Höyberq transferini əsas hədəf kimi müəyyənləşdirib. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

İngiltərə klubu digər futbolçularla da maraqlansa da, danimarkalı yarımmüdafiəçi əsas hədəf olaraq qalır. "Nyukasl"ın baş məşqçisi Matias Yaysle də Höyberqin transferini əsas məqsəd hesab edir.

Qeyd edək ki, 31 yaşlı futbolçu ötən mövsüm "Marsel"in heyətində 43 rəsmi matçda 5 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.