Azərbaycan Premyer Liqasının XI turunun "Sumqayıt" - "Qəbələ" oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini söyləyib.
- Çətin olacağını bilirdik. Rəqib yaxşı oyunu ilə seçilirdi. Hər iki komanda qalib gələ bilərdi. Nəticə ədalətli oldu. Komandam meydançada istədiyimiz bəzi elementləri verməyə çalışır. Bəzi çatışmazlıqlar var idi.
- Qələbə üçün nə çatmadı?
- Qol. Hücumların sayı çoxdur. Tək bu oyunda deyil, son 5-6 oyunda hamıdan çox hücum edirik, amma son nöqtəni qoya bilmirik.
- Müdafiədə boşluqlar çox olur. Buna səbəb nədir?
- "Səbail"lə oyunda 18 hücum cəhdimiz oldu. Onlar isə bir hücum etdi və qol vurdu. Sadəcə, son dəqiqələrdə qol buraxdıq.