"Neftçi" Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sumqayıt" ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Futbolçular – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.
Qeyd edək ki, aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" – "Neftçi" oyunu saat 20:00-da start götürəcək.