"Neftçi" xorvatiyalı qapıçı İvan Brkiçlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı qolkiper 2022-ci ilin yanvarından "Neftçi"nin formasını geyinib. O, paytaxt təmsilçisinin heyətində 68 oyun keçirib.
Qeyd edək ki, Brkiçin Polşanın "Motor" klubuna keçəcəyi gözlənilir.