"Neftçi" Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir.

Sport24.az  xəbər verir ki, iyulun 8-də qardaş ölkəyə yollanan komandamızın üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır.

Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.

Qeyd edək ki, toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdıran "ağ-qaralar"ın ilk sınaq matçı iyulun 13-də Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"a qarşı olacaq. Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Super Liqa klubu "Sivasspor" olacaq.