Əvəzedicilər Liqasında 27-ci tura start verilib.

Sport24.az xəbər verir ki, ilk gündə üç oyun baş tutub.

"Turan Tovuz-2" – "Qarabağ-2" matçında qalib müəyyənləşməyib. "Sumqayıt-2" "Sabah-2" ilə, "Neftçi-2" də "Səbail-2" ilə ev oyunundan qalib ayrılıb.

Əvəzedicilər Liqası
27-ci tur

16 mart

"Turan Tovuz-2" – "Qarabağ-2" 1:1
Qollar: Tofiq Nəsibov, 31 – Nurlan Şabanov, 28.
Hakimlər: Şamil İmanzadə, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Emin Abdullayev.

"Sumqayıt-2" – "Sabah-2" 3:1
Qollar: Uğur Cahangirov, 7. Əjdər Hacılı, 69. Tural Axverdiyev, 73 – Nicat Quliyev, 85-pen.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Rasim Axundov, Alik Yunusov.

"Neftçi-2" – "Səbail-2" 7:0
Qollar:  Bahadur Quliyev, 9; 16; 43. Ağadadaş Salyanski, 31. Həbib İsmayılov, 47. Cavanşir Şahbazlı, 64. Murad Məmmədov, 73.
Hakimlər: Mahmud Bağırzadə, Tərlan Talıbzadə, Anar Bədəlov, İrşad Aydınov.