"Neftçi" dqaha bir futbolçusu ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, İsmayıl Zülfüqarlı bakı təmsilçisini tərk edib. 24 yaşlı sol cinah müdafiəçisi ayrılığı özünün sosial şəbəkə hesabında açıqlayıb:

 

"Əziz və doğma "Neftçi"

 

2011-ci ildə akademiyasında başlayıb 2019-cu ildən əsas komadasına qalxdığım və məni İsmayıl Zülfüqarlı edən "Neftçi" ailəsi ilə artıq yollarımız ayrılır. "Ağ-qara" tarixin bir parçası olmaq mənim üçün hər zaman qürurverici oldu.

 

Bu illər ərzində mənə dəstək olan klub rəhbərliyinə, məşqçilərimə, azakşelərimizə, klubda əziyyətimizi çəkən bütün işçilərə minnətdaram. Nə az, nə çox, 14 il ərzində saysız anlar, saysız xoşbəxtliklər, yaxşı doslar və yaxşı məşqçilərlə böyük təcrübə qazandım. İnşallah irəlidə yenidən görüşmək ümidiylə.

 

Hər zaman, hər yerdə ən böyük "Neftçi".

 

Qeyd edək ki, İsmayıl Zülfüqarlı ötən ötən mövsüm icarə əsasında "Turan Tovuz"da çıxış edib.