"Neftçi" heyətini iki yeni basketbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi amerikalı oyunçular Derrel Camal Brentli və De Ancelo Uilyam Stüart ilə rəsmi müqavilə imzalanıb.

 

Onlar mövsümün sonunadək "ağ-qara" formanı geyinəcəklər.

 

Mövsümə uğursuz başlayan komanda bu gün Ayzeya Lyuis, Alonzo Kempbel, Broderik Robinson və Bobi Harvinin müqaviləsinə xitam verib. Həmçinin, baş məşqçi Anar Sarıyevlə də yollar ayrılıb.