“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın sağlam qidalanmaq üçün tikdirdiyi ferma sonradan böyük biznesə çevrilib.

Sport24.az xəbər verir ki, bu barədə rumıniyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib.

O bildirib ki, bu işə az sayda ev heyvanı ilə başlayıb:

“Bunu əvvəlcə özüm üçün yaratmışdım. Birləşmiş Ərəb Əmirliklərində işləyərkən çox yeyirdim. Analiz verdim və mənə sağlam qidalanmalı olduğumu dedilər. Bunu düşünərək ferma tikdirdim. Bundan sonra 94-95 kiloqramadək arıqladım. Əvvəlcə orada cəmi bir neçə toyuq, inək, donuz və qoyun var idi. İndi isə minə yaxın, bəlkə də daha çox heyvan var. Bura çox böyük təsərrüfat və həm də kəsimxanadır".

Yerli mətbuatın iddiasına görə, hazırda həmin ferma 47 yaşlı baş məşqçiyə yaxşı gəlir gətirir.

Xatırladaq ki, “Neftçi” Laurentsiu Regekampfla 2 illik müqavilə imzalayıb.