"Neftçi"nin yeni baş məşqçisi az sonra "Neftçi TV"də açıqlanacaq. Sport24.az xəbər verir ki, bu posta Viktor Qonçarenko, Yuri Vernidub, Kaxaber Tsxadadze kimi tanınmış mütəxəssislərin adları səslənsə də, bunlar hamısı şayiədi.

Əldə etdiyimiz məlumata görə, belə səviyyədə baş məşqçi tapa bilməyən Konfrans Liqasındakı təmsilçimiz Nikola Yurçeviç təcili ölkəmizə işləməyə gəldiyi kimi, keçmiş Yuqoslaviya ölkələrinin birindən mütəxəssisi "sükanı arxası"na gətirib. 

Xatırladaq ki, serbiyalı Yurçeviç 1 il milli komandamızın baş məşqçisi olub.