Bu gün Premyer Liqada VIII turun 2-ci oyun günüdü. Sport24.az xəbər verir ki, bugünkü günə əyalətdə start verilib.

Belə ki, "Turan Tovuz" evdə "Neftçi"ni qəbul edib.

Tovuzlular Premyerv Liqada ardıcıl 2-ci mövsüm rumıniyalı baş məşqçili "ağ-qaralar"la görüşüb. Sadəcə, bu dəfə rəqib komandanın çalışdırıcısı Lourentsiu Regekampf yox,  daha tanınan olan Adrian Mutudu.

Maraqlıdı ki, o da Tovuza ilk səfərində sona yaxın vurulan qolla minimal hesablı qələbə qazanıb. Qələbə topunin müəllifi olan nigeriyalı hücumçu Aaron Olanare bu yay keçdiyi "Neftçi"də qol hesabını açıb.

 

30 sentyabr (şənbə)

16:00. “Turan Tovuz” – “Neftçi” - 0:1 

Qol: A Olanare, 87
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz. Şəhər stadionu

 

"Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 80. Otto Con, 11. Ayxan Quseynov, 79. Martin Petkov

Baş məşqçi: Ayxan Abbasov

 

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 6. Dieqo Valdez, 25. Aaron Olanare

Baş məşqçi: Adrian Mutu