“Neftçi”nin 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə qarşılaşmasının məkanı dəqiqləşib. Sport24.az xəbər verir ki, paytaxt klubu martın 24-ü “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş saat 16:00-da start götürəcəyini açıqlayıb. O da bildirilib ki, matç “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Neftçi” rəsmi oyununu aprelin 4-də keçirəcək. “Ağ-qaralar” Premyer Liqanın üçüncü dövrənin son turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək.