Konfrans Liqası III təsnifat mərhələsinin "Beşiktaş" - "Neftçi" matçının biletləri satışa çıxıb. Sport24.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Biletlərin qiyməti 500 (31 manat) - 3150 TL (197 manat) arasında dəyişir.
Xatırladaq ki, İstanbudakı qarşılaşma avqustun 17-də Bakı vaxtilə saat 21:00-da baş tutacaq. Komandalar arasında Bakıda baş tutan ilk görüş türklərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.