"Neftçi"nin braziliyalı futbolçusu Yuri Matias Premyer Liqada cari mövsümdə ilkə imza atıb. Sport24.az xəbər verir ki, yay fasiləsində komandaya transfer olunan təcrübəli mərkəz müdafiəçisi sarı vərəqə limitini aşan ilk futbolçu olub.

Belə ki, Matias III, V, VI və VII turlarda sarı vərəqə alıb.

VIII turda cəzalı digər futbolçu qırmızı vərəqəyə görədi. Bu, "Qarabağ"ın kolumbiyaıı mərkəz müdafiəçisi Kevin Medinadı. Onun hələ 3 oyunluq cəzası qalıb.

"Zirə"nin italiyalı yarımmüdafiəçisi Pyer Zebli isə cəzası azaldığından bu turda oynaya biləcək.

Xatırladaq ki, bu turda digər cəzalılar məşqçiıərdi. Bu, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov və köməkçisi Mübariz Orucov, "Qəbələ"də məşqçilər Xaqani Məmmədovla Rasim Ramaldanovdu.