Sport24.az saytı Premyer Liqa komandalarının heyətində çıxış edən futbolçularla bağlı statistik yazıları davam etdirir. Bu dəfə yazıda Premyer Liqanın bürünc medalçısı "Neftçi"nin üzvlərinin vərəqə məlumatları yer alıb.

"Neftçi"nin Peşəkar Futbol Liqasının iştirak ərizəsində 25 futbolçu yer alıb. Mövsüm ərzində cəzalananların sayı isə 24-dür və bunlardan 3-ü rəsmi şəxslərdir. Belə ki, Laurentisu Regekampf iki, məşqçi Aleksandr Florin isə bir dəfə sarı vərəqə alıb. Komandanın tərcüməçisi Vüqar Əliyev də bir dəfə sarı vərəqə alıb.

Futbolçulara gəlincə, 21 oyunçu mövsüm ərzində ümumilikdə 69 sarı vərəqə alıb. Meydançada komandanın ən intizamsız futbolçusu kimi Eddi İsrafilovu qeyd etmək olar. Yarımmüdafiəçi mövsüm ərzində 9 dəfə "sarı" qazanıb və nəticədə iki oyunda komandasına kömək edə bilməyib. Bu isə 17 və 35-ci turlara təsadüf edib. İkinci pillədə isə 8 sarı vərəqə ilə Kenni Sayef dayanıb. Sayefin 8-ci sarı vərəqəsi sonuncu tura təsadüf etdiyindən, futbolçu mövsüm ərzində yalnız bir oyunda - 15-ci turda kənarda qalıb. Üçüncü sırada yer alan Ataa Caberin adında isə 7 sarı vərəqə var. Caber isə 25-ci turda meydanda olmayıb. 

Adı mövsüün iştirak ərizəsinə daxil edilən cəmi 5 oyunçu sarı vərəqə almayıb. Bunlar qapıçı Aqil Məmmədov, Rza Cəfərov və gənc oyunçular Rüfət Abbasov, Ramin Nəsirli, Vüsal Əsgərov və İsmayıl Zülfüqarlıdır. Bu siyahıda olanlardan Zülfüqarlı isə 11-ci turda qırmızı vərəqə ilə cəzalanıb.