Çempionlar Liqasının II təsnifat mərhələsinin “Olimpiakos”la görüşündən məğlub ayrılan “Neftçi” müdafiəçisi Mert Çeliki itirdi. Sport24.az xəbər verir ki, gənc müdafiəçi qarşılaşmanın 63-cü dəqiqəsində Oleq Ryabçuka qarşı etdiyi kobud hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu.

Çelik şəxsi "İnstagram" hesabında məyusluğunu ifadə edib: "Cavab qarşılaşmasında komandamı tək buraxdığıma görə çox üzgünəm. Ümidvaram ki, Bakıda daha yaxşı nəticə alarıq”.