“Çox çətin oyun alındı. “Daha çox qol vurmalı idik". Sport24.az xəbər verir ki, bunu Avstriyanın “Rapid” klubunun hücumçusu Ferdi Druyif Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

Vyanadakı cavab görüşünün 113-cü dəqiqəsində komandasını pley-offa daşıyan qola imza atan 24 yaşlı niderlandlı forvard matçın penaltilər seriyasına qalmasını istəmədiklərini vurğulayıb: "Çünki orda şanslar bərabərdi. Çətin, uzun yol idi. Həm də mənim üçün çox yaxşı geridönüş oldu”.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə “Neftçi” 2:1 hesablı qələbə qazanmışdı.