Nigeriyalı futbolçu Peter Oluka karyerasını "Neftçi"də davam etdirməyə yaxıdı. Sport24.az bu ölkənin mətbuatına istiadən xəbər verir ki, paytaxt təmsilçisi "36 Lion" klubunda çıxış edən oyunçuya təklif göndərib.

"Ağ-qaralar" Olukanı bu yaxında keçirilə "Caqaban kuboku"nda bəyənib. 22 yaşlı yarımmüdafiəçi həmin vaxt turnirin ən yaxşı oyunçusu seçilib.  "Neftçi" futbolçunu baxışa da dəvət edib. Afrikalı artıq Bakıya yola düşüb.

Əsl mövqeyi dayaq yarımmüdafiəçisi olan, orta sahədə və müdafiənin sol cinahında da oynamağı bacaran Peter ölkəsində yüksək texnikaya, ötürmə qabiliyyətinə və topla sürətli davranışına görə perspektivli gənclərdən sayılır. Nigeriyalılar “Neftçi”nin məşqçilər korpusunun onu çıxışına heyran qalacağını düşünür.

Qeyd edək ki, Oluka ötən il iki ay Moldovanın “Kodru” klubunda çıxış edib.