“Neftçi”nin yay fasiləsində komandadan göndərdiyi braziliyalı legioner Tallison Diaz özünə yeni klub tapıb. Sport24.az xəbər verir ki, 31 yaşlı sol cinah müdafiəçisi öz ölkəsində qalmağa üstünlük verib.
Belə ki, Talisson Braziliya D seriyasında mübarizə aparan “Santo Andre” ilə anlaşıb.