“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Zirə” ilə ilk matçın hazırlığını başa vurub.

Sport24.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıblar.

Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu dekabrın 8-i saat 18:00-da Zirə İdman Kompelksinin stadionunda keçiriləcək.