"Neftçi" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək bu gün yoldaşlıq görüşü keçirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi Rusiya çempionu "Zenit"i qəbul edib.
"Neftçi Arena"da keçirilən matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Bakılılara qələbəni rusiyalı legioneri Reziuan Mirzov dubluyla qazandırıb.
Qeyd edək ki, bu komandalar Rusiyada mövsümöncəsi "Matç TV" turnirində görüşmüş və Sankt-Peterburq təmsilçisi 3:1 hesablı qələbə qazanmışdı.
Yoldaşlıq görüşü
18 noyabr
21:00. "Neftçi" (Bakı, Azərbaycan) - "Zenit" (Sankt-Peterburq, Rusiya) - 2:1
Qollar: Rezuan Mirzov, 9, 61 - Du Keyruş, 56
Bakı. "Neftçi Arena" stadionu
“Neftçi”: 93. Rza Cəfərov, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 15. Ruslan Abışov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev (k), 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 44. Yuri Matias, 99. Ervin Koffi
Baş məşqçi: Adrian Mutu
“Zenit”: 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor
Baş məşqçi: Sergey Semak