“Neftçi” Premyer Liqanın 9-cu turunda qarşılaşacağı “Turan Tovuz”la oyunun hazırlığını davam etdirir.

Sport24.az xəbər verir ki, “Qarabağ”la matçdan sonra bir günlük istirahətə buraxılan “ağ-qaralar” oktyabrın 3-də hazırlığa başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşq baş tutub. Məşqə isinmə hərəkətləri ilə başlayan komanda daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər. Hazırlıq sabah son məşqlə başa çatacaq.

“Neftçi” – “Turan Tovuz” oyunu oktyabrın 8-də “Bakcell Arena”da keçiriləcək. Oyuna saat 19:30-da start veriləcək.