Bu gün Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 29 il ötür. Sport24.az xəbər verir ki, bununla əlaqədar “Neftçi” PFK tərəfindən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad olunub, şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq ucaldılmış “Ana harayı” abidəsi ziyarət edilib.