Azərbaycan Kubokunun cari mövsümün final matçına əcnəbi jurnalistlərin də marağı var. Sport24.az xəbər verir ki, Almaniyadan 2 jurnalist "Neftçi" - Qəbələ" finalını izləməyə gəlib.

Onlar akkreditasiya olunduqları matçı "Bakcell Arena"da media lojadan setr edirlər.

Azərbaycan Kubokunun fiinal görüşünü  izləmək marağıyla Bakıya gələn almaniyalı həmkarlarımız stadiondakı ab-havanı, azarkeşlərin yerli komandalarına necə dəstək vermələrini bəyəniblər  Onların eyni zamanda Azərbaycandan ən çox tanıdıqları, son çempion "Qarabağ"ın finalda iştirak etməməsi diqqətlərini çəkib, hansı mərhələdə kimin mübarizədən kənarlaşdırmasıyla xəbər alıblar.

Xatırladaq ki, ilk hissəsi gedən finalda hesab açılmayıb.