"Turan"ın sabiq baş məşqşisi Naci Şensoy sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, 67 yaşlı mütəxəssis "Qarabağ"ın Macarıstanda "Ferentsvaroş" qalib gəldiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı yazıb.
O, Azərbaycan çempionunu Türkiyənin nəhəng komandalarına nümunə göstərib:
"Fənərbağça"nın, "Beşiktaş"ın prezidentləri və ümumiyyətlə Türkiyədəki klublar gedin "Qarabağ"ın rəhbərliyindən və baş məşqçisindən 20 milyon avro büdcə ilə Çempionlar Liqasına necə vəsiqə qazanmağın mümkün olduğunu öyrənin. Pul çox şeydir, amma hər demək deyil".
Qeyd edək ki, "Qarabağ" səfərdə 3:1 hesablı qələbəyə sevinib.