"Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının Vl turunda "Qarabağ"a səfərdə 0:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, rusiyalı mütəxəssis öncə görüş haqda fikirlərini bölüşüb.

- "Qarabağ" bu gün bizi bütün komponentrlərdə üstələdi - oyuna köklənmədəb təkbətək mübarizələrəsək. Layiqli qələbə qazandılar. Bu məğlubiyyət mənim məğlubiyyətimdi, özümü günahkar sayıram.

- Davit Volkovun oyunu necə təhlil edərdiniz? O, xeyli vaxtdı qol vurmur. Düşünmürsünüz k6, "Sabah"ın daha səviyyəli hücumçuya ehtiyac var?

- Onun son vaxtlar qol imkanları olmayıb. Keçən mövsüm bombardirlərimiz cinah yarımmüdafiəçiləri olub. Problem təkcə Davidlə bağlı deyil.

- Optimal heyəti formalaşdırmaq üçün sizə nə qədər vaxt lazımdı?

- Söz verə bilmərəm zamanla bağlı. Axı meydana çıxmıram, özüm futbolu oynamıram  Bilirəm ki, bəzi şeyləri dəyişməliyik. İlk növbədə beynimizdə olanları.

- Bu gün sakit idiniz. Bu, o demək deyil ki, ilk dəqiqələrdən məğlubiyyətlə barışmışdınız?

- Siz özünüz də qərar verin də.. Sakit olanda deyirsiz ki, məğlubiyyətlə barışmışam, danışanda da deyirsiz kart görəcəm. Siz də qərar verin, özümü necə aparım. Əsəbi oluram pisdir, sakit oluram deyirsiz məğlubiyyətlə barışıb. Mənə deyin, özümü necə aparım?

- Bu vəziyyətdən necə çıxmağı düşünürsünüz? Sanki "Partizan"la matçdan sonra komanda psixoloji cəhətdən hələ də özünə gəlməyib...

 - Bizə bir qələbə lazımdı ki, özümüzə gələk. "Partizan"a məğlubiyyətdən sonra futbolçu ruhdan düşürsə, getsin evində otur, televizora baxsın. Bəhanə getmək istəmirəm, bəxtsizliklə bağlamazdım. Sadəcə, xarakter göstərmək lazımdı. Keçən mövsümdə standart vəziyyətdən 1 qol buraxmamışdıq, indisə 2 oyunda 3 qol buraxmışıq. Bu da konsentrasiya ilə bağlıdı.

- Ayaz Quliyevin fiziki durumunu necə dəyərləndirərdiniz?

- O, optimal formasından uzaqdı. Hazırda 25 dəqiqə oynamağa hazırdı. Digər yeni transferlərimiz də 3 aydı oynamırlar, təlim-məşq toplanı keçməyiblər. Jarl Marqarita da toplanışın çox hissəsini buraxıb. Onlara vaxt lazımdı.