"Qarabağ"ın legioneri Abdullah Zubir cari mövsümdə avrokuboklarda qol hesabını açıb. Sport24.az xəbər verir ki, 31 yaşlı fransalı sol cinah yarımmüdafiəçisi eyni zamanda Çempionlar Liqasında ilk qolunu vurub.

Bu, "Ferentsvaroş"a Budapeştdə 3:1 hesabıyla qalib gəldikləri matçda hesabı açmaqla reallaşıb. Bununla Zubir ağdamlılarla Avropanın hər 3 turnirində (bunadək Avropa Liqasında və Konfrans Liqasında) qol müəllifi olub. 

Abdullah avrokuboklarda qol sayını 9-a çatdırmaqla 2-ci pilləyə yüksəlib və lider Reynaldo Silvanın ən yaxın izləyicisi olub. Amma nəzərə alaq ki, bu braziliyalı hücumçu artıq xeyli vaxtdı nəinki "Qarabağ"da, ümumiyyətlə, ölkəmizdə çıxış etmir. Beləliklə, hazırda aktiv futbolçulardan Zubiri Avropada yeni "Qol kralı"mız saymaq olar. Ondan cəmi 1 qol geri qalan braziliyalı komanda yoldaşları Kadi Borgeslə Riçard Almeyda və "Neftçi"nin kapitanı Emin Mahmudov əsas rəqibləridi. 

 

Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçular

1. Reynaldo Silva - 11
2. Abdullah Zubir - 9

3-7. Rəşad Sadiqov - 8
3-7. Riçard Almeyda - 8
3-7. Dani Kintana - 8
3-7. Emin Mahmudov - 8
3-7. Kadi Borges - 8
8-11. Rəşad Sadıqov - 7
8-11. Miçel - 7
8-11. Əfran İsmayılov - 7
8-11. Filip Ozobiç - 7
12-15. Rauf Əliyev - 6
12-15. Donald Gerye - 6
12-15. Sergey Zenyov - 6
12-15. Baçana Sxadadze - 6