"Hazırlığımızı Sumqayıtda davam etdiririk. Bir necə yoxlama görüşü keçirmişik. Qarşıdakı günlərdə bir-iki sınaq matçı keçirməyi də düşünürk". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.


Gənc mütəxəssis bu günə kimi reallaşdırdıqları transferlər barədə də danışıb: "Transfer çalışmalarımız davam edir. Ən son Premyer Liqa təcrübəsi olan Cavid Tağıyevlə anlaşmışıq. Onun təcrübəsindən yararlanmaq istəyirik. Fikirimcə, Cavid gücümüzə güc qatacaq".


Qeyd edək ki, I Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. MOİK ilk turda "Mingəçevir"lə üz-üzə gələcək.

POLAD AZƏR