"Dünənki oyunla bağlı danışmaq bir az çətindir. Meydana qələbə qazanmaq üçün çıxmışdıq, lakin rəqibin ikinci qolundan sonra komandamızın oyun intizamı pozuldu". Bunu Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi Qəzənfər Abbasov deyib.


"Hərbçilər"in çalışdırıcısının sözlərinə görə, məğlubiyyətin əsas səbəbi futbolçuların qol buraxdıqdan sonra toparlanmaqda çətinlik çəkməsidir: Futbolçular nə edəcəyini bilməyib, təşvişə düşdülər. Beləliklə, üçüncü qolu da buraxaraq məğlub olduq.

"Qaradağ Lökbatan"a məğlubiyyətin əsas səbəbi komandanın toparlana bilməməsidir. Bu, artıq komandamız üçün bəlaya çevrilib. Hər dəfə qapımızda qol gördükdən sonra təşvişə düşür və nəticədə meydanı məyus tərk edirik".

 

Qeyd edək ki, dünən keçirilən "Qaradağ Lökbatan" - MOİK oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.