Qış fasiləsindən sonra daha iddialı olmağı qarşısına məqsəd qoyan MOİK heyəti gücləndirməkdə davam edir. Sport24.az-ın əldə etdiyi məlumata görə ordu klubu artıq 3 transfer reallaşdırıb.

 

Qəzənfər Abbasovun çalışdırdığı komanda bu günlərdə Sabir Allahquliyev, İlham Allahverdiyev və Tural Axverdiyevlə anlaşıb. Hər 3 futbolçu 2025-ci ildən MOİK-in formasını geyinəcək.

 

Qeyd edək ki, 11 turdan sonra aktivində 14 xal olan "hərbiçilər" qış fasiləsinə 6-cı pillədə yollanıb.