"Araz-Naxçıvan" klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisinin aparıcı futbolçusu Ba-Muaka Simakala cəzalı duruma düşüb.
Buna 28 yaşlı hücumçunun "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Mİsli Premyer Liqasının XIII turunun oyununda sarı vərəqə alması səbəb olub.
Almaniyalı forvard cari mövsüm dördüncü dəfə bu halla üzləşdiyi üçün XIV turda "Kəpəz"lə matçda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Ba-Muaka Simakala hazırda 7 qolla Misli Premyer Liqasının bombardiridir.