Misli Premyer Liqasında XV turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, altı qarşılaşmada ümumilikdə 6614 tamaşaçı qeydə alınıb.

"Şamaxı" - "Zirə" qarşılaşmasında 900, "Turan Tovuz" - "Sabah" görüşündə (1:3) 3000, "Kəpəz" - "Qəbələ" (1:0) duelində 700, "Qarabağ" - "Araz-Naxçıvan" oyununda (5:1) 700, "İmişli" - "Karvan-Yevlax" (1:1) görüşündə 150, "Neftçi" - "Sumqayıt" matçında (2:2) isə 1164 tərəfdar tribunada əyləşib.

Qeyd edək ki, XVI tura dekabrın 16-da start veriləcək.