Misli Premyer Liqasında 35-ci turun oyunları 17-18 mayda keçiriləcək. Sport24.az xəbər verir ki, bu qarşılaşmalarda 11 futbolçu cəzalı durumdadır.

"Zirə"dən Eldar Quliyev, Qismət Alıyev, "Şamaxı"dan Vladislav Veremeyev, "Neftçi"dən Elvin Camalov, "Sumqayıt"dan Rəşad Əzizli, Alan Dias, Vüqar Mustafayev, "Kəpəz"dən Rojerio Santos, Yeqor Xvalko, "Araz-Naxçıvan"dan İqor Ribeyro və Ramon Maçado meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, 35-ci turda "Sumqayıt" "Turan Tovuz"u, "Zirə" "Sabah"ı, "Şamaxı" "Araz-Naxçıvan"ı, "Neftçi" "Səbail"i, "Qarabağ" isə "Kəpəz"i qəbul edəcək.