Bu gün paytaxtda minifutbol üzrə dünya çempionatına start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 8 oyun keçiriləcək.
A qrupunda yer alan millimiz Bəhreylə üz-üzə gələcək.
Bu görüşdən əvvəl isə turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.
A qrupunun digər görüşündə Mavritaniya Sloveniya ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Dünya çempionatı
Qrup mərhələsi
I tur
21 may
A qrupu
20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya
B qrupu
09:15. Fransa - Çad
21:45. Rumıniya - Özbəkistan
C qrupu
10:30. Macarıstan - Türkiyə
13:00. Ukrayna - İngiltərə
D qrupu
11:45. Bolqarıstan Portuqaliya
14:15. Slovakiya - Hindistan